Ukraynaya hərbi yardımın göstərilməsi Şimali Atlantika Alyansının iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin əsas mövzularından biri olacaq.
Editor.az xəbər verir ki, bunu Polşa Televiziyasının efirində Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.
Polşanın müdafiə nazirinin sözlərinə görə, NATO sammitinin əsas məsələlərindən biri alyans ölkələrinin müdafiə xərclərinin artırılması üzrə öhdəliklərinin yerinə yetirilməsi olacaq.
Qeyd edək ki, iyulun 3-də Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirib ki, ölkə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlanması məqsədilə öz ərazisində Şimali Atlantika Alyansının ikinci təlim mərkəzi yaratmağı planlaşdırır. İyunun sonunda ABŞ ordusunun bir qrup zirehli texnikasının Polşanın qərbindəki Amerika hərbi bazasında yeni NATO anbarlarına köçürüldüyü barədə məlumat yayılmışdı. Nəşr bildirib ki, gələcəkdə Ukrayna sərhədindən 400 kilometr aralıda yerləşən təlim zonasında 85-ə qədər tank, 190 zirehli texnika, o cümlədən M2 Bradley, artilleriya silahları və özüyeriyən haubitsalar olacaq.
//Gülnarə Abasova, Editor.az