NATO-nun baş katibi Yens Stoltenberq ümid edir ki, Ukrayna yaxın 10 il ərzində Şimali Atlantika Alyansının üzvü olacaq.
Publika.az xəbər verir ki, NATO-nun Vaşinqtonda iyulun 9-11-də keçiriləcək sammiti öncəsi Stoltenberq Kiyevə hərbi yardımı artırmağa çağırıb.
O vurğulayıb ki, bu dəstək nə qədər güclü olarsa, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə bir o qədər tez bitə bilər. Yens Stoltenberqin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qərbin qətiyyətini zəiflətmək ümidi ilə Ukraynada durğunluq strategiyasını həyata keçirir.
“Putin inanır ki, o, bizdən üstün ola bilər. Biz onu inandırmalıyıq ki, o, bizdən üstün ola bilməz və o zaman bu, müharibəni bitirmək üçün şərait yaradacaq”, - NATO-nun baş katibi bildirib.
Gözlənilir ki, Şimali Atlantika Alyansı ölkələrinin liderləri Vaşinqtonda 2025-ci ildə Kiyevə 40 milyard avro dəyərində hərbi yardım göstərmək öhdəliyini imzalayacaqlar. Bu məbləğ 2022-ci ilin fevralında Rusiyanın ölkəyə silahlı təcavüzü başlayandan bəri Qərbin Ukraynaya illik yardımının məbləğinə uyğundur.
Cəmilə