AZ

Çin Xarici İşlər Nazirliyi NATO-ya qarşı sərt bəyanatla çıxış edib

NATO dünya ictimaiyyəti üçün ciddi təhlükə mənbəyidir, çünki blok qarşıdurma yaradır.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı özünü müdafiə bloku adlandırır, lakin eyni zamanda daim “güclərini genişləndirir” və eyni zamanda dünyada qarşıdurmaya səbəb olur.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsində ABŞ və NATO- nun məğlub olmasını istəyirlər.
Bundan əvvəl Çin NATO-nu ölkənin daxili işlərinə qarışmaqda ittiham edirdi.Nuranə Məmmədova 

Seçilən
152
50
elchi.az

10Mənbələr