AZ

“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Bu gün futzal üzrə Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq.

"Araz-Naxçıvan" yarışa ilkin mərhələdən başlayacaq və oyunlar avqustun 20-dən 25-dək keçirləcək. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.

H qrupu

"Araz-Naxçıvan" (Azərbaycan)

"Uddevalla" (İsveç)

"Sillamae Silla" (Estoniya)

"Sparta Belfast" (Şimali İrlandiya)

Seçilən
112
4
qafqazinfo.az

5Mənbələr