AZ

“Araz-Naxçıvan”ın Çempionlar Liqasında rəqibləri bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün ilkin və əsas mərhələlərinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Mübarizəyə ilkin mərhələdən başlayacaq Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 20-25-i aralığında İsveçdə keçiriləcək.
Seçilən
142
4
affa.az

5Mənbələr