AZ

“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi 

Bu gün futzal üzrə Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. 

Yenisabah.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahınd keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Araz-Naxşıvan"ın da rəqibləri müəyyənləşib. 

Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq. 

"Araz-Naxçıvan" yarışa ilkin mərhələdən başlayacaq və oyunlar avqustun 20-dən 25-dək keçirləcək. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, H qrupunun oyunları İsveçdə keçiriləcək.

H qrupu

"Araz-Naxçıvan" (Azərbaycan)

"Uddevalla" (İsveç)

"Sillamae Silla" (Estoniya)

"Sparta Belfast" (Şimali İrlandiya)  


Telegram kanalımız
Seçilən
117
4
yenisabah.az

7Mənbələr