Aprelin 4-də rus qoşunları Ukraynanın şərqindəki Çasov Yar ərazisinə hücuma keçiblər. Onlar üç aydan sonra nəhayət ki, "Kanal" mikrorayonunu ələ keçirə biliblər.
News365.az xəbər verir ki, bu barədə "Forbes" yazıb. Qeyd edilir ki, Çasov Yarın bu kiçik hissəsinin tutulması ruslara minlərlə döyüşçünün qurban verilməsi hesabına başa gəldi.
“Mövcud məlumatlara görə, Çasovoy Yarda hücum kampaniyası başlayandan bəri Rusiya hərbçiləri 99 min canlı qüvvə itiriblər. Onların hamısı Çasovoy Yarda və şəhər ətrafında ölməsə də, əhəmiyyətli bir hissə şübhəsiz ki, artıq bu döyüşlər səbəbindən həlak olub”, - nəşr yazıb.
Avstraliya ordusunun istefada olan generalı Mik Rayanın qeyd edib ki, Rusiya müəyyən döyüş və mövqe uğurları əldə etsə də, bu, çox böyük itkilərin hesabında reallaşır.
"Bu qədər kiçik qazanc və qələbə üçün belə xeyli sayda insanın həyatını boşa xərcləyən Rusiya görünür, müharibədə Ukraynaya həlledici zərbə vurmaq üçün son şansını artıq əldən verib”, - Rayan əlavə edib.
Forbes-ə onu da yazıb ki, son bir neçə ayın məlum tendensiyaları cəbhədə davam edəcək. Rusiya qoşunları insan və texnika baxımından böyük itkilər verərək irəliləyəcək, Ukrayna qoşunları isə daha az itki verəcək. Tutulan hər bir şəhər və hətta bölgə üçün ruslar on minlərlə əsgərini dəfn edirlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.
Tural
News365.az