AZ

Çasovoy Yar döyüşləri güclənir: Ruslar cəbhəyə elit bölmələri yerləşdirirlər

Donetsk vilayətindəki Çasovoy Yar şəhəri ərazisində olan rus qoşunları daim irəliləməyə çalışırlar. Görünür, onların bir növ amerikalıların işlətdiyi məşhur “deadline”si var.

News365.az xəbər verir ki. bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbçisi və politoloq Kirill Sazonov “Espreso” verilişində danışıb.

“Artıq 2-4 həftədir ki, rusların elit bölmələri hücumun ilk dalğasını yaradırlar. Çasovı Yar yaxınlığında düşmən desant qüvvələri fəaliyyət göstərir. İndi düşmən 98-ci diviziyanı geri çəkib və digər desant dəstəsini əraziyə səpələyib. Lakin bu məlumat hələ tam təsdiqini tapmayıb”, - hərbçi qeyd edib.

O əlavə edib ki, Toretsk ərazisində rus dəniz piyadaları, motoatıcıları dəstəkləyən birinci korpusun xüsusi təyinatlıları "işləyir".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Seçilən
135
18
news365.az

10Mənbələr