AZ

UEFA Merih Demiralı "Bozqurd" işarəsinə görə cəzalandırdı - RƏSMİ

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.   Manset.az xəbər verir ki, bu barədə UEFA rəsmi açıqlama yayıb. Qurum 26 yaşlı müdafiəçini 2 oyunluq diskvalifikasiya edib. Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında "bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
manset.az

10Mənbələr