AZ

Ərdoğandan “bozqurd”la bağlı cəzaya ETİRAZ: "Fransızlara niyə xoruzlanırsınız, deyilirmi?" 

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan UEFA-nın futbolçu Merih Demiralla bağlı qərarına etiraz edib. 

Bizim.Media xəbər verir ki, Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. 

O, “bozqurd” işarəsini fransız və almanların formalarında olan işarələrlə müqayisə edib: 

“Almanların formalarında qartal var, amma kimsə nəsə demir. Fransızların formasında xoruz var, onlara niyə xoruzlanırsınız, deyilirmi? Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib. O, sadəcə sevincini bu cür qeyd edib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi onların səlahiyyətli şəxsləri ilə danışıb lazımi addımı atacaq”.   
Qeyd edək ki, Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA Türkiyə millisinin futbolçusu Merih Demirala “bozqurd” işarəsi tutduğu üçün 2 oyunluq cəza verib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
bizim.media

10Mənbələr