AZ

“İlahi müdaxilə olarsa, geri çəkilərəm” - Bayden

ABŞ prezidenti Co Bayden yalnız ilahi müdaxilə olacağı təqdirdə prezidentliyə namizədliyini geri götürəcəyini açıqlayıb.O bu barədə ABC telekanalına müsahibəsində deyib.“Əgər uca Allah göydən enib desə, mən bunu edə bilərəm”, - Ağ Evin rəhbəri qeyd edib.Onun sözlərinə görə, ABŞ Konqresinin hər iki palatasındakı Demokratlar Partiyası qruplarının rəhbərliyi ondan seçkini tərk etməməyi xahiş edib.Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
regionxeberlericom.az

10Mənbələr