AZ

Co Bayden prezidentliyə namizədliyini geri götürəcəyini açıqlayıb

ABŞ prezidenti Co Bayden yalnız ilahi müdaxilə olacağı təqdirdə prezidentliyə namizədliyini geri götürəcəyini açıqlayıb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə ABC telekanalına müsahibəsində deyib.

“Əgər uca Allah göydən enib desə, mən bunu edə bilərəm”, – Ağ Evin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, ABŞ Konqresinin hər iki palatasındakı Demokratlar Partiyası qruplarının rəhbərliyi ondan seçkini tərk etməməyi xahiş edib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
nocomment.az

10Mənbələr