AZ

Bayden tez-tez səhv etdiyini və adları qarışdırdığını etiraf edib

ABŞ Prezidenti Cozef Bayden çıxışlarında tez-tez səhvlərə yol verdiyini və bəzən adları qarışdırdığını etiraf edib, lakin seçki yarışından çəkilməyəcəyini bildirib.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, Baydenin etirafı iyulun 12-də Miçiqanda keçirilən mitinqdə səslənib. Mitinq Amerikanın aparıcı telekanalları tərəfindən yayımlanıb.

“Debatlardan sonra mətbuatın mənə tənqidlərlə hücum etdiyini görmüsünüz. Mən çoxlu səhvlər edirəm, bəzən adları qarışdırıram”, -deyə o təsdiqləyib. Bayden, həmçinin şikayətlənib ki, media onun əsas siyasi rəqibi respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.

Seçki yarışından çəkilməyəcəyini bildirən Bayden deyib: “Biz seçkidə iştirak edirik və qalib gələcəyik. Mən heç yerə getməyəcəyəm”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Tramp və Bayden mənsub olduqları partiyalar tərəfindən dövlət başçısı postuna namizəd kimi irəli sürülmələri üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. Partiyalar onların namizədliyini yayın sonlarında təsdiqləməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
50
qaziler.az

10Mənbələr