AZ

Pezeşkianı Əliyevdən sonra o təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Məsud Pezeşkiana İran prezidenti seçilməsi münasibətilə təbrik teleqramı ünvanlayıb.

Olaylar xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

"Hörmətli cənab Pezeşkian, İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbrikləri qəbul edin, Rusiya-İran münasibətləri dostluq və mehriban qonşuluq münasibətləridir, Moskva və Tehran beynəlxalq gündəmdəki aktual məsələlərin həlli istiqamətində səyləri səmərəli şəkildə əlaqələndirir", - teleqramda vurğulanıb.

Putin ümidvar olduğunu bildirib ki, Pezeşkianın fəaliyyəti regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, Rusiya və İran xalqlarının mənafeyi naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

Qeyd edək ki, İranda ötən gün keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn azərbaycanlı Məsud Pezeşkianı ilk təbrik edən liderlər Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şərifdir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
4
olaylar.az

10Mənbələr