AZ

Putin də İranın yeni Prezidentini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Məsud Pezeşkiana İran prezidenti seçilməsi münasibətilə təbrik teleqramı ünvanlayıb.

Korrespondent.az bildirir ki, bbu barədə Kremlin saytı məlumat yayıb.

“Hörmətli cənab Pezeşkian, İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbrikləri qəbul edin, Rusiya-İran münasibətləri dostluq və mehriban qonşuluq münasibətləridir, Moskva və Tehran beynəlxalq gündəmdəki aktual məsələlərin həlli istiqamətində səyləri səmərəli şəkildə əlaqələndirir”, - teleqramda vurğulanıb.

Putin ümidvar olduğunu bildirib ki, Pezeşkianın fəaliyyəti regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, Rusiya və İran xalqlarının mənafeyi naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
korrespondent.az

10Mənbələr