AZ

Demokratların sponsorları Baydendən prezident seçkisindən - GERİ ÇƏKİLMƏSİ XAHİŞ EDİR – BAYDENDƏN CAVAB

Birləşmiş Ştatların  Demokratlar Partiyasının nüfuzlu sponsorları ABŞ-ın indiki prezidenti, hazırda yeni seçki kampaniyasında iştirak edən Co Baydenə məktub yazaraq onun seçki yarışından geri çəkilməsini, demokratların namizədinin başqa birisi olmasını xahiş edibər. 

FED.az xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti məlumat yayıb.

“Demokratiyamız və millətimizin gələcəyi naminə yenidən namizədliyini irəli sürməkdən çəkinməyinizi hörmətlə xahiş edirik” sözləri yazılmış xüsusi məktubu 168 nəfər imzalayıb. Mesaj Baydenə çatdırılmaq üçün Ağ Evin bir neçə məsləhətçisinə göndərilib.

Məktubu imzalayanlar arasında Amerikanın ən böyük pərakəndə ticarət şəbəkəsi olan «Walmart»ın sahibi Kristi Uolton, kriptovalyuta milyarderi və investor Mayk Novoqratz, «Google»un keçmiş icraçı direktoru Nin Mosberger-Tanq, «Bridgewater Associates» investisiya şirkətinin top-meneceri Kevin Brennan, Ağ Evin Hərbi Bürosunun keçmiş rəhbəri Lui Kaldera, Harvardın hüquq məktəbinin professoru Lourens Lessiq və Nyu-York universitetinin professoru Skott Qellouey və başqaları var.

Buna qədər isə demokratların ən böyük sponsorlarından biri, «Netflix»in baş direktoru Rid Xastinqs də Baydeni yarışdan çıxmağa çağırıb.

Məlumatda bildirilir ki, Bayden namizədliyini geri götürməsə, məktubu imzalayanların hamısı Donald Trampa qarşı mübarizədə onu dəstəkləməyə yenə də davam edəcəklər. Bununla belə, onlar etiraf edirlər ki, Baydenin qalib gəlmək şansının aşağı olduğunu düşünürlər.

Bununla yanaşı, bəzi sponsorlar Baydeni maliyyələşdirməkdən imtina edəcəyini bildirib. «Disney» şirkətinin varisi Ebiqeyl Disney bəyan edib ki, demokratlar «ağıllarını başlarına yığıb Baydeni seçkidən uzaqlaşdırmasalar ondan bir sent də almayacaqlar».

Xatırladaq ki, Baydenin tərəfdarları onun seçkidən uğur qazanmasına iyulun 4-dən sonra Co Baydenin rəqibi Donald Trampla debatda uğursuzluğa düçar olduqdan sonra şübhə etməyə başlayıblar. Həmni debatda Tramp daha yaxşı təsir bağışlayıb, Bayden isə bir neçə dəfə əsas məsələlərdən danışanda məsələləri unudaraq bir-biri ilə qarışdırıb.

Hətta debatın yayımı hələ başa çatmadan demokratların nümayəndələri prezidentlik yarışında Baydenin necə və kiminlə əvəz olunacağını müzakirə etməyə başlayıblar.

Bayden isə bu çağırışları qəbul etməyib, o seçki yarışını davam etdirəcəyini və yenidən qalib gələcəyini elan edib. Visonsində keçirilən seçkiqabağı mitinqdə prezident elan edib ki, öz namizədliyini geri götürməyəcək.

«Ötən həftə bizim debatlarımız oldu, bu mənim ən yaxşı çıxışım deyildi, amma mən yarışda qalıram və qalib gələcəm». Prezident Trampla debatda zəif çıxışını çoxlu uçuşlarda olması və yorğunduğu ilə izah edib.

«The New York Times» qəzeti yazır ki, Bayden 2 dəfə zarafatla 40 yaşındakı kimi göründüyünü deyib, amma yenə də illəri dəyişik salaraq «2020-ci il seçkisində Trampa qalib gələcəyini» bildirib.

Hətta Demokrat Partiyasının Filadelfiadan olan xanım tərəfdarları Baydenin həyat yoldaşına məktub yazaraq Co Baydenin seçkidən çıxmasını xahiş ediblər. Baydenin yaxın adamı, Massaçusets ştatının qubernatoru Mora Xili də ona təklif edib ki, «Donald Trampa qalib gələ bilmək üçün ən yaxşı namizəd olub olmadığını bir də nəzərdən keçirsin».

Bayden seçkidən çıxarsa, onun mümkün əvəz ediciləri olaraq hazırkı vitse-prezident Kamala Harris, eləcə də Kaliforniya qubernatoru Qevin Nyusom və Miçiqan qubernatoru Qretxen Uitmer nəzərdən keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
fed.az

10Mənbələr