AZ

Donorlar Baydenə pul verməkdən imtina edir – ABŞ Prezidentindən namizədlikdən çəkilmək tələb olunur

ABŞ-də Demokratlar Partiyasının bir neçə əsas donoru hazırkı prezident Co Bayden ikinci müddətə namizəd olmaqdan imtina edənə qədər partiyanın seçki kampaniyasına ayırdığı 90 milyon dollara qədər ianəni dondurub.

“AzPolitika” xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazıb.

Baydenin seçki kampaniyası üçün ianə toplayan “Gələcəyə doğru irəli” qrupu bildirib ki, onların müraciət etdiyi donorlar ianə verməkdən imtina ediblər.

Trampla debat 81 yaşlı Bayden üçün fəlakətli olduqdan sonra həmin donorlar ianə verməkdən çəkiniblər.

Qəzetə anonimlik şərti ilə danışan digər iki nəfərin sözlərinə görə, dondurulmuş ianələr arasında "bir neçə səkkiz rəqəmli vəsait" də var.

Baydenə prezidentlik yarışından imtina etməklə bağlı müracitlər getdikcə artır və prosesə demokrat qanunvericilər və donorlar da qoşulur.

Baydenin özü isə diqqətsiz və unutqan göründüyü debatdakı zəif performansını soyuqdəymə və yorğunluqla əlaqələndirib. O, özünü Respublikaçılar Partiyasının namizədi Donald Trampı məğlub etmək üçün ən yaxşı namizəd adlandırır.

NYT-nin istinad etdiyi bir mərkəzdən sızdırılmış sorğunun nəticələri göstərir ki, Baydenin seçilmək şansı vitse-prezident Kamala Harris, Kaliforniya qubernatoru Gavin Nyusom və ya Miçiqan qubernatoru Qretçen Uitmerdən daha aşağıdır.

Demokrat Partiyası avqustda keçiriləcək qurultayında prezidentliyə namizəd təsdiq edilməlidir. ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
azpolitika.info

10Mənbələr