AZ

"Emosional matç olsa da böyük ürəyimiz var idi" - Ronald Kuman

Bəzən başqa xalqlar kimi cəsarətli olmadığımızı deyib bizi tənqid edirlər.

"Football-plus.az" xəbər verir ki, bunu Niderlanda millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil olunan AÇ-2024-ün 1/4 finalında Türkiyəyə qarşı oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis yarımfinalda oynamağın onlar üçün böyük uğur olduğunu söyləyib:

"Bütün xalq üçün bu xüsusi bir şeydi. Biz kiçik bir millətik və İngiltərə, İspaniya, Fransa ilə birlikdə yarımfinalda olduğumuz üçün fəxr edirik. Əziyyət çəkməli olduq, amma asan oyun yoxdu. Bu emosional matç olsa da böyük ürəyimiz var idi. İkinci hissəni yaxşı keçirdik. Əziyyət çəkməli olduq, lakin yarımfinalda oynamaq şansı qazanmaq böyük uğurdu".

Qeyd edək ki, Niderland - Türkiyə matçında Kumanın komandası 2:1 hesablı qələbəyə sevinib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
50
football-plus.az

10Mənbələr