AZ

"Bütün futbolçularımın alnından öpməliyik" - Montella

"Nəyimiz varsa, ortaya qoyduq. Düşünürəm ki, çempionatda çox yaxşı çıxış etdik. Böyük həvəslə oynayan komandayıq. Həmkarlarım və bir çox mütəxəssis bu çempionatdakı performansımıza görə məni təbrik etdilər".

AzxeberSport xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avro-2024-ün 1/4 finalında Niderlanda uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, bu turnirdən sonra rəqiblər onlara fərqli gözlə baxacaqlar: "5-6 gənc futbolçumuz var. Avropa çempionatının ən gənc komandası biz idik. Mən bu komanda ilə qürur duyuram. Möhtəşəm bir ruhla, türk ruhu ilə oynadılar. Uduzmağımıza rəğmən Türk xalqı bizi tanıyır. Bu oyuncular gördükləri sevgini həqiqətən haqq edirlər. Hamısının alnından öpməliyik. Bu çempionatdan sonra Türkiyəyə fərqli gözlə baxacaqlar. Rəqiblər daha böyük hörmətlə yanaşacaqlar".

Xatırladaq ki, Portuqaliya, Çexiya və Gürcüstanla bir qrupda mübarizə aparan Türkiyə millisi qrup ikincisi kimi 1/8 finala yüksəlib. Komanda bu mərhələdə Avstriyanı (2:1) mübarizədən kənarlaşdırıb. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
azxebersport.az

10Mənbələr