AZ

"Futbolçularımızın alınlarından öpmək lazımdır"

1:0 öndə olduğu matçda Niderlanda 2:1 hesabı ilə uduzaraq AVRO-2024-lə vidalaşan Futbol üzrə Türkiyə milli komandasının çalışdırıcısı Vinçentso Montella matçdan sonra açıqlama verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, komandasının təcrübəsizliyin qurbanı olduğunu deyib.

"Rəqibdən daha çox zərbə vurduq və onları dəyərləndirə bilmədik, qol gözləntisi daha çox idi, amma dəyərləndirə bilmədik. Qürur duymalı olduğumuz bir tablo var.

Məncə biz ilk 5 komandadan biriyik. AVRO-2024-ə başladığımız gündən oyun ruhumuzla oynadıq. Bütün ölkəni arxamızda hiss etdik. Bəlli bir şəxsiyyətlə oynamaqdan qürur duyuruq. Bütün futbolçularımızın alınlarından öpmək lazımdır. Matçları oxuma, şərh etmə və uyğunlaşma bacarıqlarına görə... Bizim bir xəyalımız var idi. Çox yaxınlaşmışdıq. Üzgünük, amma bunu xəyal qırıqlığı kimi qəbul etməyin. Fəxr etməliyik. Bura qədər gəldik. Daha çoxu da ola bilərdi, amma təəssüf ki, futbol belədir", - o qeyd edib.

"Bütün neytral ölkələr oyun tərzimizə və xarakterimizə görə bizə rəğbət bəsləyirdilər. Biz bunu qoruyub, növbəti turnirlərə aparmalıyıq. 8 il sonra keçiriləcək Avropa çempionatında bu komandanın yarısı hələ də heyətdə olacaq", - o əlvə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
milli.az

10Mənbələr