AZ

“Sabah” Sloveniya klubuna qalib gəldi

“Sabah” bu gün Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli “Koper” komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 43-cü dəqiqədə Abdulla Xaybulayev vurub.
“Sabah” Sloveniyada daha 3 yoxlama oyunu keçirəcək.

Komanda iyulun 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
4
bizim.media

10Mənbələr