AZ

"Sabah" Ukrayna klubuna qarşı

Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.

AzxeberSport xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Krivbass” komandası ilə qarşılaşacaq. "Brejitse" stadionunda oynanılacaaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, bunadək yerli "Koper"ə qalib gələn (1:0) və Serbiya "Çukariçki "si ilə heç-heçə edən (0:0) "Sabah" daha 1 yoxlama oyunu keçirəcək. Komanda iyulun 17-də Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. "Sabah" iyulun 18-də Bakıya qayıdacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
5
azxebersport.az

10Mənbələr