AZ

"Sabah" Ukrayna klubu ilə heç-heçə etdi

Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Krivbass” komandası ilə qarşılaşıb. "Brejitse" stadionunda oynanılan görüş 2:2 hesabı ilə başa çatıb.

"Sabah"ın ilk qolunu Coy-Lens Mikels vurub. İkinci qolu isə rəqibin futbolçusu öz qapısına vurub.

Qeyd edək ki, bunadək yerli "Koper"ə qalib gələn (1:0) və Serbiya "Çukariçki "si ilə heç-heçə edən (0:0) "Sabah" daha bir yoxlama oyunu keçirəcək. Komanda iyulun 17-də Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. "Sabah" iyulun 18-də Bakıya qayıdacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
football-plus.az

10Mənbələr