AZ

İrəvan meri siqnallardan bezib

Ermənistanın paytaxtında sakinləri narahat edən yeni ciddi problem yaranıb. News365.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Qeyd edilir ki, söhbət yersiz şəkildə verilən avtomobil siqnallarının sayı o qədər artıb ki, artıq insanlar pənəcərələri belə aça bilmirlər. 

"Mayın 25-dən iyulun 3-dək İrevan meriyasına ictimai nəqliyyatla bağlı 148 etiraz müraciəti daxil olub. Onlardan 117-si sürücülərin pis davranışı ilə bağlı olub. Mer Avinyan son iclasda çıxışı zamanı deyib ki, siqnal səslərinin sayının inanılmaz dərəcədə artması narahatlıq doğurur. O qeyd edib ki, elə proqram təqdim edilməlidir ki, meriyaya bir daha sərnişin-sürücü münasibətləri ilə bağlı bu qədər çox müraciət daxil olmasın” – nəşr yazıb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
43
news365.az

10Mənbələr