AZ

Kanalizasiyadan Yunan tanrısının heykəli çıxdı

Bolqarıstanın cənub-qərbindəki Heraklea Sintica antik şəhərində qazıntı aparan arxeoloqlar Roma kanalizasiyasından bu həftə mərmər heykəl tapıblar. 
 
Moderator.az xəbər verir ki, yaxşı vəziyyətdə olan heykəldə Qədim Yunan tanrılarından biri olan Hermesin təsvir olunduğu güman edilir.
 
Beləki, bugünkü Bolqarıstanda, Yunanıstan sərhədinə yaxın olan Heraclea Sintica Makedoniya kralı II Filip tərəfindən eramızdan əvvəl 356-339-cu illər arasında təsis edilmişdir.
 
Alimlər bildiriblər ki, şəhər eramızın 4-cü əsrinin sonlarında baş verən zəlzələ nəticəsində böyük ölçüdə dağılıb. Təbii fəlakətdən sonra sürətlə süquta uğrayan Heraclea Sintica eramızdan əvvəl 500-cü ildə tamamilə tərk edilib. 
 
Yeni qazıntıları aparan qrup, təxminən 2 metr hündürlüyündə olan heykəlin zəlzələdən sonra kanalizasiyaya düşdüyünü və üstünün torpaqla örtülməsi ilə çox yaxşı qorunduğunu düşünür.
 
Araşdırmaya rəhbərlik edən Lyudmil Vaqalinski açıqlamasında “Başı qorunub saxlanılıb, çox yaxşı vəziyyətdədir. Əlində bir neçə sınıq var" deyib. Arxeoloq əlavə edib ki, heykəl romalılar tərəfindən hazırlanmış qədim yunan əsərinin kopyasıdı. 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
43
moderator.az

10Mənbələr