Avropa Komissiyası (AK) Moldovaya güzəştli şərtlərlə 50 milyon avro kredit ayrıldığını açıqlayıb.
Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, AK Moldovaya iyulun sonuna qədər 22,5 milyon avroluq yeni qrant ödənişi elan edib. Maliyyə dəstəyi 2024-cü il üçün maliyyə ehtiyaclarının bir hissəsini ödəməyə və makroiqtisadi sabitliyi qoruyub saxlamağa kömək edəcək.
Eyni zamanda Moldovaya gələcək islahatlara imkan yaradılacağı qeyd edilib.