Avropa Komissiyası (AK) Moldovaya güzəştli şərtlərlə 50 milyon avro kredit ayrıldığını açıqlayıb.
Publika.az xəbər verir, AK Moldovaya iyulun sonuna qədər 22,5 milyon avroluq yeni qrant ödənişi elan edib.
Maliyyə dəstəyi 2024-cü il üçün maliyyə ehtiyaclarının bir hissəsini ödəməyə və makroiqtisadi sabitliyi qoruyub saxlamağa kömək edəcək.