AZ

Aİ bu ölkəyə 50 milyon avro məbləğində kredit verəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası (AK) Moldovaya güzəştli şərtlərlə 50 milyon avro kredit ayrıldığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə AK-nin kommünikesində qeyd edilib.

Bundan başqa, AK Moldovaya iyulun sonuna qədər 22,5 milyon avroluq yeni qrant ödənişi elan edib.

“Bu maliyyə dəstəyi Moldovaya 2024-cü il üçün maliyyə ehtiyaclarının bir hissəsini ödəməyə və makroiqtisadi sabitliyi qoruyub saxlamağa kömək edəcək, eyni zamanda gələcək islahatlara imkan yaradacaq”, - məlumatda qeyd olunub.

Bu maliyyə yardımlarının Moldovaya Avropa yolu ilə getməyə yardım göstərəcəyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
171
8
banco.az

10Mənbələr