AZ

Ötən ayın ən yaxşı futbol klubları açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) iyun ayı üçün dünyanın ən yaxşı klublarının reytinqini açıqlayıb.
"Sudamerikana"da iki, Braziliya A Seriyasında üç qələbə və iki heç-heçə ilə "İnternasional" reytinqdə birinci olub.
2024-cü ilin iyununda ən çox xal toplayan ikinci komanda UEFA Çempionlar Liqasının qalibi "Real Madrid"dir.
İlk üçlüyü daha iki Braziliya klubu "Qremio" və "Flamenqo" tamamlayır.
Sonrakı yerləri də bu ölkənin "Flamenqo", "Palmeyras" və "Botafoqo" komandaları tutur.
Qeyd edək ki, 2024-cü il ərzində "Yuventus", "Feyenoord", "Milan", "Mançester Siti", "Atalanta" kimi klublar ayın ən yaxşıları olublar.
Mənbə: iffhs.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
oxu.az

10Mənbələr