AZ

İbrahimoviç: "Futbol oynamaq indiki işimdən daha asandır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İdman və kommersiya məsləhətçisi, "Milan"ın keçmiş hücumçusu Zlatan İbrahimoviç hazırkı işinin futboldan nə ilə fərqləndiyini izah edib.
Oxu.az "Football Italia"ya istinadən xəbər verir ki, isveçli futbolçu 2023-cü ildə peşəkar karyerasını başa vurub.
"Deyə bilərəm ki, futbol oynamaq indi etdiyim işi görməkdən daha asandır. Mən öyrənirəm, amma təvazökaram. İndiki işim vərdiş etdiyim işdən fərqlidir, lakin ətrafımda yaxşı insanlar var.
Nə qədər ki, oyunçular qalib gəlirlər, hər şey qaydasındadır. Problemlər uduzduqları zaman başlayır (gülür). Əvvəlki kimi oyuna təsir edə bilmirəm. Amma öz mentalitetimi və təcrübəmi başqa oyunçulara ötürməliyəm", - deyə İbra bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
oxu.az

10Mənbələr