AZ

Rüstəm Əfsərli "Neftçi"yə qayıtdı

"Neftçi"də yeni təyinat olub.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rüstəm Əfsərli paytaxt təmsilçisinin Media üzrə koordinatoru vəzifəsinə təyin edilib.

Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, “CBC Sport” kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə “İlin ən yaxşı şərhçisi” mükafatını qazanıb.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
525.az

10Mənbələr