AZ

Rüstəm Əfsərli yenidən “Neftçi”də

Tanınmış telejurnalist, “CBC Sport”un əməkdaşı Rüstəm Əfsərli “Neftçi”nin PFK-nın Media üzrə koordinatoru vəzifəsinə təyin edilib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

O, bu postda Emin Əfəndini əvəz edib.

Xatırladaq ki, Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, “CBC Sport” kanalında çalışırdı. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə “İlin ən yaxşı şərhçisi” mükafatını qazanıb.

Uşaqlıqdan “Neftçi” azarkeşi olan və bunu müsahibələrində də gizlətməyən Rüstəm Əfsərli daha öncə də bu klubda çalışıb. Belə ki, o, 2017-ci ildə bir neçə bu klubun mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
3
arena.az

10Mənbələr