AZ

Məşhur aparıcı "Neftçi"də vəzifəyə gətirildi - RƏSMİ

Rüstəm Əfsərlinin "Neftçi"nin PFK-nın Media üzrə koordinatoru vəzifəsinə təyin edilməsi xəbəri rəsmi təsdiqini tapıb.

Musavat.com xəbər verir ki, "Neftçi" PFK-nın sosial şəbəkə hesablarında müvafiq paylaşım edilib.

"Azərbaycanın ən yaxşı idman jurnalistlərindən biri olan Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, "CBC Sport" kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə "İlin ən yaxşı şərhçisi" mükafatını qazanıb.

Uşaqlıqdan "Neftçi" azarkeşi olan və bunu müsahibələrində də gizlətməyən Rüstəm Əfsərlini yenidən böyük "Neftçi" ailəsinin bir parçası olması münasibəti ilə təbrik edirik! Evinə xoş gəlmisən!"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
14
musavat.com

10Mənbələr