AZ

Belçikada güclü yağış və tufan səbəbiylə "narıncı xəbərdarlıq" elan edilib

Belçikada güclü yağış və tufan səbəbindən ölkənin bir çox bölgəsində "narıncı xəbərdarlıq" elan edilib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

Belçikanı yay günlərindən çox payızı xatırladan bir neçə buludlu və aşağı temperaturlu gündən sonra paytaxt Brüsseldə güclü yağış və tufanlar hökm sürür.

Belçika Kral Meteorologiya İnstitutu (RMI) yerli vaxtla saat 16.00-dan 23.00-dək Haynaut, Namur, Liege, Vallon Brabant, Flaman Brabant, Limburq və Antverpen, eləcə də Brüssel bölgəsində göy gurultusu ilə müşayət olunan yağışla əlaqədar narıncı xəbərdarlıq elan edib.

Bölgədə sürəti saatda 90 kilometri keçən güclü külək əsərkən, paytaxtda yolları və tunelləri su basıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
24
qaziler.az

10Mənbələr