AZ

Bolqarıstanda kəskin istilərə görə "qırmızı" xəbərdarlıq elan olundu

Bolqarıstanın 5 regionunda kəskin istilərlə əlaqədar "qırmızı" xəbərdarlıq edilib.

E-huquq.az Bolqarıstan Xəbər Agentliyinə (BTA) istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Meteorologiya və Hidrologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, ölkənin Blaqoevqrad, Pleven, Veliko Tırnovo və Ruse bölgələrində "qırmızı", digər bölgələrdə "narıncı" xəbərdarlıq elan edilib.

Son günlər ölkədə gün ərzində havanın temperaturu 37-42 dərəcə arasında dəyişdiyi bildirilib.

Avtomobil Yolları İnfrastruktur Agentliyindən verilən məlumata görə, 10 bölgədə 20 tondan çox yük maşınlarının yollarda hərəkəti qadağan edilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
24
e-huquq.az

10Mənbələr