AZ

Belçikada yağış və fırtına səbəbiylə narıncı xəbərdarlıq

Belçikada güclü yağış və tufan səbəbindən ölkənin bir çox bölgəsində "narıncı xəbərdarlıq" elan edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanı yay günlərindən çox payız kimi hiss etdirən bir neçə buludlu və aşağı temperatur günündən sonra paytaxt Brüsseldə güclü yağış və tufanlar hökm sürür.

Belçika Kral Meteorologiya İnstitutu (RMI) yerli vaxtla saat 16:00-dan 23:00-dək Haynaut, Namur, Liege, Vallon Brabant, Flaman Brabant, Limburq və Antverpen, eləcə də Brüssel bölgəsində göy gurultusu ilə əlaqədar narıncı xəbərdarlıq elan edib.

Qeyd edək ki, bölgədə sürəti saatda 90 kilometri keçən güclü külək əsərkən, paytaxtda yolları və tunelləri su basıb.

Malik Atilay























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
24
525.az

10Mənbələr