AZ

Məktəblərdə mobil telefondan istifadə məhdudlaşdırıldı – Bəs bizdə?

ABŞ-ın Virciniya ştatında dövlət məktəblərində şagirdlərin dərs saatlarında mobil telefon və sosial mediadan istifadəsini məhdudlaşdıran fərman imzalanıb.

KONKRET.az xəbər verir ki, Virciniya qubernatoru Qlenn Youngkinin dövlət məktəblərində cib telefonlarının istifadəsini məhdudlaşdıran və ya qadağan edən fərmanı ilə bağlı yazılı açıqlama verilib.

Açıqlamada vurğulanıb ki, araşdırmalar dərs zamanı mobil telefondan istifadə edən şagirdlərin təhsilinə mənfi təsir göstərdiyini və daha aşağı qiymət aldığını göstərir.

Açıqlamada daha sonra deyilir: “Şagirdlər dərs saatlarında mobil telefondan istifadə etməyəcək, sosial media tamamilə qadağan ediləcək. Bu mənfi hallar uşaqların psixi sağlamlığına şüddətli təsir göstərir.

Virciniya Təhsil Departamentinin sözçüsü Todd Reyd isə vurğulayıb ki, qubernatorun qərarına əsasən təyin olunan qaydalar 2025-ci ilin yanvarına qədər bütün məktəblərdə qüvvəyə minəcək.

Qeyd edək ki, Kaliforniya ştatında, Los Angeles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti iyun ayında tələbələrin akademik saatlarda mobil telefonlardan və sosial media platformalarından istifadəsini qadağan edən qərarı təsdiqləyib.

Ümid edirik ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi də bununla bağlı qərarlar qəbul edə və bu sahədə mövcud olan neqativ hallar tam aradan qaldırılar.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
konkret.az

10Mənbələr