AZ

Argentinanın finaldakı rəqibi müəyyənləşib

Amerika kubokunda yarımfinal mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, ABŞ-da təşkil olunan turnirin ikinci finalçısı Uruqvayla Kolumbiyanın matçında müəyyənləşib.

Görüşün taleyini bir qol həll edib. İlk yarıda hesabı açan Kolumbiya finala yüksəlib.

Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq finalda Kolumbiyanın rəqibi son çempion Argentina olacaq.

Amerika kuboku
Yarımfinal
11 iyul
Uruqvay – Kolumbiya – 0:1

Cefferson Lerma, 39

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
idman.biz

10Mənbələr