AZ

“Barselona” “Nike” ilə bağlı məhkəmə işini uduzdu

Barselona məhkəməsi “Barselona” futbol klubunun məşhur “Nike” şirkəti ilə bağlı iş üzrə apellyasiya şikayətini rədd edib.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Məhkəmə müvəqqəti tədbirləri təsdiqləyərək, Kataloniya klubunun “Nike şirkəti ilə müddəti 2028-ci ilə qədər qüvvədə olan sponsorluq müqaviləsini ləğv etmək hüququnun olmadığı haqda qərar verib.

Məhkəmənin “Barselona”nın bu müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik olmadığı və belə bir xitamın qanuni sayıla bilməyəcəyi barədə qərar çıxardığı vurğulanır. Bundan əlavə, “blauqrana” tərəflər arasında münasibətləri tənzimləyən, “Nike” ilə müddəti 2028-ci ilə qədər qüvvədə olan reklam sponsorluğu müqaviləsinə sin tarixə qədər əməl etməli və müqavilənin şərtlərinin öz tərəfindən təmin edilməsinə mükəlləf olmalıdır.

Xatırladaq ki, bir müddət əvvəl Kataloniya klubunun prezidenti Joan Laporta bildirmişdi ki, “Barselona” “Nike” şirkəti ilə müqaviləsini ləğv etmək niyyətindədir. Məsələ burasındadır ki, Kataloniya klubu əvvəlki razılaşmanın “açıq-aşkar pozuntularla” tərtib edildiyi qənaətindədir.

Göründüyü kimi, bu məsələni “halva” zənn edən Laportanın “ağzı şirin olmayıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
arena.az

10Mənbələr