Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın "Paris-2024" Yay Olimpiya Oyunlarında şəxsi kateqoriyada qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, kişilərin mübarzəsində Edi Reski Dviçayo E qrupunda Anders Antonsen (Danimarka) və Kollins Filimonla (Avstriya) qarşılaşacaq.
Qadınların yarışında isə Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) və Kirsti Qilmorla (Böyük Britaniya) üz-üzə gələcək.
Qeyd edək ki, "Paris-2024" iyulun 26-da start götürəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta