AZ

Paris-2024: Keişa və Edi startı gözləyir

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan badmintonçularının ilk oyunlarının vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, qrup mərhələsində mübarizəyə sabah start veriləcək.

Keişa Fatimə Zəhra N qrupundakı ilk görüşündə çinli Binq Jiao He ilə üz-üzə gələcək. Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 10:30-da başlayacaq. İyulun 29-da təmsilçimiz Kirsti Gilmourla (Böyük Britaniya) görüşəcək. Bu matç da saat 10:30-da start götürəcək.

Edi Reski Dviçayo isə yarışa ayın 29-da qoşulacaq. E qrupunda mübarizə aparan təmsilçimiz Avstriya idmançısı Kollins-Valentin Filimonla görüşəcək. Bu oyunun saat 22:20-də başlaması planlaşdırılır. Danimarkalı Anders Antonsenlə matçın vaxtı dəqiqləşməyib.

Qeyd edək ki, həm kişilərin, həm qadınların yarışında A, E və P qruplarının qalibləri 1/4 finala, digər qrupların ən yaxşıları 1/8 finala adlayacaq. Keişa 1-ci yeri tutsa, 1/8 finala, Edi isə 1/4 finala vəsiqə qazanacaq.

İdman.biz

Seçilən
91
43
idman.biz

10Mənbələr