Paris-2024 Yay Olimpiya Oyunlarında badminton yarışlarına start verilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Keişa Fatimə Zəhra da ilk matçına bu gün çıxacaq.

N qrupunda yer alan badmintonçumuz I turda çinli Bing Jiao He ilə qarşılaşacaq.

27 iyul

Badminton, qadınlar

Qrup mərhələsi, N qrupu

10:30. Keişa Fatimə Zəhra - Bing Jiao He (Çin) - 6:11

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda adlayacaq.