AZ

Digər ölkələrUTX Rusiyanın mülki şəxslərə qarşı kütləvi şəkildə minalardan istifadəsinə dair sübutlar hazırlayır

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Haaqa üçün Rusiya tərəfinin Ukraynanın mülki əhalisinə qarşı piyada əleyhinə minalardan “şüurlu şəkildə istifadə etdiyinə” dair genişmiqyaslı sübut bazası hazırlayır.

“Report” xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.

Qurum bildirib ki, müharibə başlayandan bəri Rusiya tərəfinin yerləşdirdiyi qurğuların partlaması sonucunda mindən çox dinc sakin xəsarət alıb, onlardan 297-si həlak olub. “Onların arasında çoxlu uşaqlar da var”, – məlumatda diqqətə çatdırılıb.

Yetərincə sübut əldə etdikdən sonra materialların Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi məsələsinə qərar veriləcək.

İstintaq zamanı müəyyən edilib ki, Rusiya hərbçiləri “döyüş zonasında yerləşən yaşayış məntəqələrinin yaxınlığında və ya ərazilərində məqsədli şəkildə mina tələləri qurur”. İddia olunur ki, sursatları ört-basdır etmək üçün onlar müxtəlif istehlak mallarından, o cümlədən uşaq oyuncaqlarından və şirniyyat qutularından istifadə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
28
far.az

10Mənbələr