AZ

Ukraynadan yeni, kütləvi qaçqın axını olacaq - “Business İnsider“

Bu ilin payız və qış aylarında Ukrayna vətəndaşlarının Polşaya kütləvi axını gözlənilir.

Bu barədə Business Insider Polşa Daxili İşlər Nazirliyinin mülki əhalinin hüquqlarının müdafiəsi şöbəsinin rəisi Dariuş Marçinskiyə istinadən məlumat yayıb.

Polşa parlamentində çıxış edən rəsmi qeyd edib ki, Ukraynadan çoxlu sayda qaçqının gəlməsinə hazır olmaq lazımdır.  Marçinskinin sözlərinə görə qaçqın axını Rusiya ordusunun Ukraynanın enerji, istilik və nəqliyyat infrastrukturuna aktiv hücumları ilə bağlı olacaq və bu, get-gedə daha çox bütün proseslərə ziyan vuracaq.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
28
news365.az

10Mənbələr