AZ

Fransalı siyasətçi: Sistemli şəkildə NATO-dan çıxmalıyıq

"İtaətsiz Fransa" sol partiyasının qurucusu Jan-Lük Melenşon respublikanın NATO-dan sistemli və mütəşəkkil şəkildə çıxmasının tərəfdarıdır.

İqtisadiyyat.az xəbər verir ki, siyasətçi bu barədə "El Pais" qəzetinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, alyans müharibə məntiqini ehtiva edir: "Mən isə tərksilah və sakitləşdirmə məntiqini seçirəm. Əgər mən Yelisey sarayında olsaydım, əlbəttə ki, sistemli və nizamlı şəkildə vahid hərbi komandanlıqdan geri çəkilərdim. Xüsusilə də müharibə zamanı". 

"Avropa İttifaqının Ukraynaya yardım etmək üçün gördüyü tədbirlər yəqin ki, bizim razılığımızla olacaq. Biz bir ölkə olaraq Ukraynaya yardımı dayandıracağımızı deməmişik", - Melenşon əlavə edib. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
28
iqtisadiyyat.az

10Mənbələr