AZ

Təlim və inkişaf meneceri - VAKANSİYA

"Holiday in Azerbaijan" şirkəti Təlim və inkişaf meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Əsas vəzifə öhdəlikləri:

  • Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • İllik təlim və inkişaf büdcəsinin hazırlanması;
  • Təlim prosedurlarının və inkişaf proqramlarının işlənib hazırlanması;
  • Təlimin effektivliyinin ölçülməsi və əməkdaşların işinə verdiyi töhfənin
  • qiymətləndirilməsi;
  • Daxili təlimçi bazasının formalaşdırılması və idarəedilməsi;
  • Yeni əməkdaşlar üçün şirkətin missiyası, fəaliyyəti, daxili
  • prosedurları, korporativ mədəniyyət üzrə orientasiyanın keçirilməsi;
  • Sınaq müddəti ərzində yeni əməkdaşların bölmədaxili təlim prosesinə
  • nəzarət edilməsi;
  • Sınaq müddətində olan əməkdaşların xətti menecer ilə birgə
  • dəyərləndirilməsi;
  • İşə qəbul edilən yeni əməkdaşlar üçün orientasiya planının hazırlanması
  • və müvafiq təlimlərin təşkil edilməsi;
  • İşçilərin səriştə və bacarıqlarının qiymətləndirilərək onlar üçün
  • inkişaf planının hazırlanması və davamçı yetişdirmə proqramlarının
  • həyata keçirilməsi;
  • Bölmələr arası rotasiyaların həyata keçirilməsi üçün əməkdaşların
  • müvafiq təlimləndirilməsi üzrə “coach”ların  təyin edilməsi;
  • Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatlar
  • hazırlamaq;
  • Şirkət daxilində performans İdarəetmə və fəaliyyətin qiymətləndirilməsi
  • prosesini həyata keçirmək;
  • Yeni təlimlərin və təlim materiallarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Əsas tələblər:

  • Ali təhsil  (humanitar/iqtisadi);
  • Təlim və İnkişaf, Performans İdarəetmə Proseslərində minumum 2 il iş
  • təcrübəsi;
  • Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Mentorluq bacarığı;
  • Səlis Azərbaycan dili, rus dili və ingilis dili biliyi üstünlükdür;
  • MS Office Proqramlarında peşəkar işləmək bacarığı.
  • İş qrafki: Beşgünlük (saat 10:00-18:00),

Əmək haqqı: 800-1200 AZN.

Namizədlərdən CV-lərini email ünvanına (mail-info@holidayazerbaijan.org), mövzu hissədə mütləq vəzifənin adı “Təlim və İnkişaf meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
38
fins.az

10Mənbələr