AZ

Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssisi - VAKANSİYA

"Kristal Abşeron" şirkəti Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Mühasibatlıq bilikləri;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;
  • Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
  • Proseslərin və xərclərin optimallaşdırılması;
  • Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət;
  • Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
  • Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
  • Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmaların aparılması.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail (hr@kristal.az) vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
38
fins.az

10Mənbələr