"Kristal Abşeron" şirkəti Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Mühasibatlıq bilikləri;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;
- Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
- Proseslərin və xərclərin optimallaşdırılması;
- Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət;
- Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
- Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
- Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması;
- Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmaların aparılması.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail (hr@kristal.az) vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.