AZ

Müdir köməkçisi - VAKANSİYA

"Coffeemania Next" restoranlar şəbəkəsi müdir köməkçisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Coffeeshop, restoran sahəsində minimum 1 il müdir köməkçisi təcrübəsi
  • Yaş aralığı 22-30
  • Dil bilikləri: Azərbaycan dili-səlis. Rus dili və ingilis dili arzuolunandır
  • Yüksək liderlik, komanda idarəetmə bacarığı
  • Komanda işinə meyilli, gülərüz, hədəfyönümlü və bu komanda ilə irəliləməyi bacaran

Vəzifə öhdəlikləri:

  • Müəssisənin təmizliyini və sanitar gigiyena qaydalarını təmin etməli
  • Müəssisə işinin səmərəli təşkili və idarə olunmasını icra etməli
  • İşçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların iş bölgüsünü həyata keçirmək
  • Xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək
  • Məhsulların mətbəxdə standartlara uyğun saxlanılmasını təmin etmək
  • İşçilərin daxili nizam-intizam qaydaları, işçi sağlamlığı və iş təhlükəsizliyi müddəalarına uyğun hərəkət etmələrini təmin etmək
  • Müdirin verdiyi digər tapşırıqları yerinə yetirmək

Təminatlar:

  • Nahar
  • Aylıq bonuslar
  • Əmək haqqı: 900-1000

Namizədlərdən öz CV-lərini mövzu hissəsinə “Müdir köməkçisi” yazaraq mail ünvanına (cv@coffeemania.az) göndərmələri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
38
fins.az

10Mənbələr