"Coffeemania Next" restoranlar şəbəkəsi müdir köməkçisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- Coffeeshop, restoran sahəsində minimum 1 il müdir köməkçisi təcrübəsi
- Yaş aralığı 22-30
- Dil bilikləri: Azərbaycan dili-səlis. Rus dili və ingilis dili arzuolunandır
- Yüksək liderlik, komanda idarəetmə bacarığı
- Komanda işinə meyilli, gülərüz, hədəfyönümlü və bu komanda ilə irəliləməyi bacaran
Vəzifə öhdəlikləri:
- Müəssisənin təmizliyini və sanitar gigiyena qaydalarını təmin etməli
- Müəssisə işinin səmərəli təşkili və idarə olunmasını icra etməli
- İşçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların iş bölgüsünü həyata keçirmək
- Xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək
- Məhsulların mətbəxdə standartlara uyğun saxlanılmasını təmin etmək
- İşçilərin daxili nizam-intizam qaydaları, işçi sağlamlığı və iş təhlükəsizliyi müddəalarına uyğun hərəkət etmələrini təmin etmək
- Müdirin verdiyi digər tapşırıqları yerinə yetirmək
Təminatlar:
- Nahar
- Aylıq bonuslar
- Əmək haqqı: 900-1000
Namizədlərdən öz CV-lərini mövzu hissəsinə “Müdir köməkçisi” yazaraq mail ünvanına (cv@coffeemania.az) göndərmələri xahiş olunur.